«Parabank» tələbələr üçün keçiriləcək karyera seminarının sponsoru olub

«Parabank» tələbələr üçün keçiriləcək karyera seminarının sponsoru olub
# 07 may 2012 14:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC «AEISEC» qeyri-hökumət təşkilatının tələbələr üçün keçiriləcək karyera seminarının sponsoru olub.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, seminarlarda ümumilikdə 100 tələbə iştirak haqqı əldə edib. Seminar ABŞ, İngiltərə, Rumıniya, Hollandiyadan olan beynəlxalq «AİESEC» təlimçiləri tərəfindən keçiriləcək. Seminarlar «Parabank»ın «Azadlıq» filialında yerləşən «Baku Business School»da təşkil olunacaq.
Seminarın təqdimat mərasimində iştirak edən «Parabank»ın ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Günay Şahbazova qeyd edib ki, bu layihə çərçivəsində bank tərəfindən seçiləcək bir neçə tələbə «Parabank»da yay təcrübə proqramına qoşula biləcək və bank işini daha yaxından öyrənmək imkanı əldə edəcək.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 238 POS-terminalı və 402 işçisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR