İran prezidenti: “Üsamə bin Ladeni məhkəmə qarşısına çıxarmaq lazım idi”

İran prezidenti: “Üsamə bin Ladeni məhkəmə qarşısına çıxarmaq lazım idi”
# 25 sentyabr 2012 07:28 (UTC +04:00)
Bakı – APA. İran prezidenti Mahmud Əhmədinejat bəyan edib ki, “əl-Qaidə” lideri Üsamə bin Ladeni öldürmək yox, məhkəmə qarşısına çıxarmaq lazım idi.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, BMT Baş Assambleyasının sessiyasında çıxış etdikdən sonra CNN telekanalına müsahibə verib.

Onun sözlərinə görə, bin Laden üzərində açıq və şəffaf məhkəmə prosesi qurulsaydı, son illərin bir sıra hadisələrinin əsl səbəbi açılardı: “Bunu görməkdən çox xoşbəxt olardım”.

Qeyd edək ki, “əl-Qaidə” lideri Üsamə bin Laden 1 may 2011-ci ildə ABŞ xüsusi təyinatlıları tərəfindən Pakistanın Abbotabad şəhərində öldürülüb. Onun rəhbərliyi ilə 11 sentyabr 2001-ci ildə ABŞ-da törədilən silsilə terror aktları zamanı 3 min nəfər həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR