Albaniyada ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilir

Albaniyada ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilir
# 05 oktyabr 2012 14:36 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Tiranada ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, sessiyanın diqqətində olacaq əsas məsələlər Cənub-Şərqi Avropada tərəqqiyə dəstək vermək və Suriyada baş verən proseslərdir.

Sessiyanı açıq élan edən ATƏT PA prezidenti Rikkardo Miqliori millətlərarası dialoqun vacibliyindən danışıb və ATƏT-i qlobal çağırışlara daha aktiv yanaşmaya dəvət edib. Türkiyə-Suriya sərhədində baş verən insidentdən danışan Miqliori qeyd edib ki, bu hadisə ATƏT regionunun fundamental təhlükəsizliyinə zərbə olub.

ATƏT-in baş katibi Lamberto Zannyer Ukrayna seçkiləri müşahidə edəcək missiyanın formalaşdırılmasının vacibliyindən danışıb. O öz fikrini Ukraynanın gələn il ATƏT-ə sədrlik edəcəyi ilə əsaslandırıb.

Qeyd edək ki, sessiyada Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR