Muğanlı-İsmayıllı-Qəbələ yolunda baş verən torpaq sürüşməsi nəticəsində 25 yerdə çatlar əmələ gəlib, ərazidə təhlükəli vəziyyət yaranıb

Muğanlı-İsmayıllı-Qəbələ yolunda baş verən torpaq sürüşməsi nəticəsində 25 yerdə çatlar əmələ gəlib, ərazidə təhlükəli vəziyyət yaranıb
# 27 mart 2012 10:30 (UTC +04:00)
İsmayıllı. Elvin Yaqubov - APA. Muğanlı-İsmayıllı-Qəbələ yolunda baş verən torpaq sürüşməsi ilə əlaqədar 25 yerdə çatlar əmələ gəlib, ərazidə təhlükəli vəziyyət yaranıb. Avtomobillər yolda birtərəfli hərəkət edir. İsmayıllı rayon 10 saylı Yol-istismar idarəsinin rəisi Məhəmməd Musayev APA-ya açıqlamasında yolda sürüşmənin davam etdiyini deyib. Sürüşmə Ağsu aşırımı zolağında yerləşir. Ağsu aşırımı sürüşmə təhlükəsi ilə əlaqədar tamam bağlanıb.

İsmayılı rayon İcra Hakimiyyəti (İH) başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Rafael Əhmədov isə APA-ya açıqlamasında İsmayıllı şəhərində və rayonun 24 kəndində baş verən sürüşmə ilə əlaqədar 145 evin qəzalı vəziyyətə düşdüyünü söyləyib. FHK sədri Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Fövqəladə Hallar Nazirliyi (FHN) mütəxəssislərinin ötən il qeyd edilən ərazilərdə birgə monitorinq keçirdiklərini, əhalinin ərazidən köçürülməsi, həmin evlərin sökülməsi barədə qərar qəbul olunduğunu xatırladıb.

Onun sözlərinə görə, sakinlərə yeni evlərin tikilməsi üçün torpaq sahəsi də ayrılıb. R. Əhmədov torpaq sürüşməsinin aktivləşməsi əlaqədar olaraq yerli sakinlərdən ərazidə təkrar baxış keçirilməsi üçün müraciətlər aldıqlarını deyib. İH başçısının I müavini bildirib ki, mütəxəssislərin yenidən əraziyə dəvət olunması gözlənilir.

Xatırladaq ki, qeyd edilən kəndlər əsasən Muğanlı-İsmayıllı-Qəbələ yolunun şimal hissəsində, dağlıq ərazidə yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR