Azərbaycan prezidenti Qazaxda Gənclər Mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti Qazaxda Gənclər Mərkəzinin açılışında iştirak edib
# 12 aprel 2012 10:40 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentə məlumat verilib ki, Gənclər Mərkəzinin tikintisinə bu ilin yanvarında başlanılıb, apreldə sona çatdırılıb.

Mərkəzin lazımi avadanlıqla təchiz edilən konfrans zalında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Mərkəzdə yaradılan rəsm qalereyasında gənc rəssamların sərgiləri təşkil olunacaq.

Dövlət başçısı mərkəzin binasının ikinci mərtəbəsində fəaliyyət göstərən elektron kitabxana ilə tanış olub. Bildirilib ki, kitabxananın fondunda Heydər Əliyevin və prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr edilən, eləcə də uşaqlar üçün və digər sahələrə dair kitablar yer alıb. Kompyuter otağında sürətli internetə qoşulmuş 9 kompyuter var. Burada kompyuter bilikləri, o cümlədən xalçaçılıq və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır.

Mərkəzin ikinci mərtəbəsində və kafe-barda gənclərin istirahəti üçün hər cür şərait yaradılıb. Buradakı linqafon otağında isə gənclər üçün xarici dil kurslarının təşkili nəzərdə tutulub.

Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı tapşırıq və tövsiyələrini verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR