Kanadanın Tehrandakı səfirliyi İran vətəndaşlarına viza verməyi dayandırıb

Kanadanın Tehrandakı səfirliyi İran vətəndaşlarına viza verməyi dayandırıb
# 29 aprel 2012 22:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Kanadanın Tehrandakı səfirliyi aprelin 29-dan İran vətəndaşlarına viza verməyi dayandırıb.

APA-nın məlumatına görə, bu barədə səfirlik açıqlama yayıb. Açıqlamada bildirilib ki, bu qərarı Kanadanın Miqrasiya İdarəsi qəbul edib. Bundan sonra İran vətəndaşları Kanadaya viza almaq üçün bu ölkənin Türkiyədəki səfirliyinə müraciət etməlidirlər.

Qeyd edək ki, 2006-cı ilin statistikasına görə, Kanadada 120 min iranlı yaşayır. Odur ki, hər il çox sayda İran vətəndaşı qohumlarını ziyarət etmək üçün bu ölkəyə səfər edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR