ABŞ-ın Konnektikut ştatında ölüm hökmü ləğv olunub

ABŞ-ın Konnektikut ştatında ölüm hökmü ləğv olunub
# 26 aprel 2012 02:52 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Konnektikut ştatının qubernatoru demokrat Dennel Melloy ölüm hökmünün ləğv olunması barədə qanunu imzalayıb. Bu barədə APA Frans Press-ə istinadən məlumat verir.

Qanun layihəsi aprel ayında ştatın Senatı və Nümayəndələr palatası tərəfindən təsdiqlənib. Qanunun lehinə əsasən demokrat konqresmenlər səs veriblər, respublikaçılar qanunun əleyhinə çıxıblar.

2009-cu ildə də ştatın qanunvericiləri ölüm hökmünü ləğv etməyə cəhd göstəriblər. Lakin ştatın o vaxtkı qubernatoru respublikaçı Codi Rell qanuna veto qoyub.

Konnektikut ölüm hökmünü ləğv etmiş ABŞ-ın 17-ci ştatıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR