Azərbaycanda idxalın əvəz edilməsi ilə bağlı distant təlim keçirilib

Azərbaycanda idxalın əvəz edilməsi ilə bağlı distant təlim keçirilib
# 14 may 2012 09:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “İdxalı əvəz edəcək məhsulların istehsalının və ixracının stimullaşdırılması” mövzusunda növbəti distant təlim keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları tərəfindən aparılan treninqdə Bakı şəhərində, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 35-dən çox sahibkar və menecer iştirak edib.

Təlimdə idxalı əvəz edəcək məhsulların istehsalı, bu sahədə dövlət dəstəyi tədbirləri, Avropa İttifaqının “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramının (“GSP+”) əsas xüsusiyyətləri, onun biznes üçün potensial faydası, elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətin mahiyyəti və prinsipləri, elektron ticarətlə bağlı beynəlxalq təcrübə, elektron ticarətin biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, www.b2b.az elektron ticarət portalı və s. barədə ətraflı məlumat verilib.

Qeyd edilir ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.az saytının elanlar bölməsində yerləşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR