Sakit okeanda 2 ABŞ hərbi gəmisi toqquşub

Sakit okeanda 2 ABŞ hərbi gəmisi toqquşub
# 17 may 2012 02:53 (UTC +04:00)
Bakı-APA. Sakit okeanda 2 ABŞ hərbi gəmisi toqquşub. Bu barədə APA ABŞ Hərbi-Dəniz Donanmasının bəyanatına istinadən məlumat verir.

«Essex» universal desant gəmisi və «Yukon» tankeri birinci yanacaq doldurmaq istərkən toqquşublar.

Hadisə Kaliforniya sahillərindən 200 km məsafədə baş verib. Yaponiyanın Sasebo limanından San-Dieqoya yönələn «Essex» yanacaq doldurmaq üçün tankerə yaxınlaşmağa başlayıb. Naməlum səbəbdən gəmi idarəetməni itirərək «Yukon» çırpılıb.

ABŞ HDD-nın nümayəndəsi Çarli Braunun sözlərinə görə, qəza nəticəsində heç kim xəsarət almayıb və suya neft axmayıb. Hər iki gəmi yüngül zədələniblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR