Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 25 oktyabr 2012 07:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,94 dollar və ya 1,1% azalaraq 1 barelə görə 85,73 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 24-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,40 dollar və ya 0,4% azalaraq 107,85 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR