Bahar Muradova: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirak edən tərəflər prosesə mane ola bilən addımdan çəkinməlidir”

Bahar Muradova: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirak edən tərəflər prosesə mane ola bilən addımdan çəkinməlidir”
# 29 oktyabr 2012 12:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirak edən tərəflər bu prosesə mane ola bilən addımdan çəkinməlidirlər”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Ermənilərin Xankəndidə hava limanını istifadəyə vermək niyyətinə münasibət bildirən B. Muradova deyib ki, bu hava limanının açılması təxribatdır: “Beynəlxalq ictimaiyyət buna sərt şəkildə münasibət bildirməlidir. Ermənilərin bu cür hərəkətlərdən çəkindirilməsi vacibdir”.

B. Muradova Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin oktyabrın 27-də Parisdə keçirilən görüşünə də münasibət bildirib: “Biz danışıqlar prosesinə sadiqliyimizi bəyan ediriksə, o zaman görüşlərdə iştirak etməliyik. Görüşməməkdənsə görüşlərin keçirilməsi məqsədəuyğundur. Çünki bölgədə gərginliyin artması tükdən asılıdır. Əgər sülh danışıqları davam edirsə, müxtəlif səviyyələrdə görüşlər də olmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR