Bakıda çayxanalarda və kafedə qumarxana aşkarlanıb

Bakıda çayxanalarda və kafedə qumarxana aşkarlanıb
# 02 mart 2012 10:54 (UTC +04:00)
Bakı-APA. Bakıda qanunsuz qumar oyunlarının keçirilməsi faktları aşkarlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində İsmayıl Səfiyevə, Azər Məmmədova, İlqar Camalova məxsus çayxanalarda və Ramil Qurbanova məxsus "Barselona" klubunda qanunsuz qumar oyunlarının keçirilməsi müəyyən edilib. Obyekt sahibləri saxlanılıb, istifadə etdikləri kompüter dəstləri, fakslar və çek çıxaran aparatlar, müxtəlif ödəniş sənədləri, oyunlarda istifadə olunan pul vəsaitləri aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR