Məhkəmə “Əmrahbank”ın apellyasiya şikayətini təmin etməyib

Məhkəmə “Əmrahbank”ın apellyasiya şikayətini təmin etməyib
# 18 aprel 2012 09:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Əmrahbank” ASC-nin “A.S.V.A. Profi Studiya XXI-Prodüsser Mərkəzi” MMC və “İdeal LTD” MMC-yə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, bank 126075 manat borcun cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi ilə əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan isə apellyasiya şikayəti verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR