Bakıda Kulturoloqların II Beynəlxalq Bakı Forumu keçiriləcək

Bakıda Kulturoloqların II Beynəlxalq Bakı Forumu keçiriləcək
# 11 iyun 2012 08:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 12-13 iyun tarixlərində Kulturoloqların II Beynəlxalq Bakı Forumu keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumda yerli mütəxəssislər ilə yanaşı 10 ölkədən, o cümlədən Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan, Ukrayna Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistandan nümayəndələrin iştirakı gözlənilir. Tədbirin əsas mövzusu - “Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu”dur. Tədbir zamanı mədəniyyətin tədqiqi, habelə beynəlxalq mədəni əlaqələrin yaradılması sahəsində səmərəli fəaliyyətə görə Nazirliyin Diplomları ilə təltif olunma mərasimi də təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR