BMT baş katibi və UNESCO-nun baş direktoru Ümumdünya mətbuat azadlığı günü münasibəti ilə birgə müraciət yayıb

BMT baş katibi  və UNESCO-nun baş direktoru Ümumdünya mətbuat azadlığı günü münasibəti ilə birgə müraciət yayıb
# 01 may 2012 09:29 (UTC +04:00)
Bakı-APA. BMT baş katibi Pan Gi Mun və UNESCO-nun baş direktoru İrina Bokova Ümumdünya mətbuat azadlığı günü münasibəti ilə birgə müraciət yayıb. BMT-nin Azərbaycandakı ofisindən APA-ya daxil olan müraciətdə ifadə azadlığının ən dəyərli insan hüquqlarından biri olduğu bildirilib: “Bu hüquq bütün digər azadlıqların əsası olub insan ləyaqətinin təməlini təşkil edir. Onun mövcudluğu üçün isə ən vacib amil azad, plüralist və müstəqil mediadır. Bu Ümumdünya Mətbuat Azadlığı Günü münasibətlə edilmiş bir müraciətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 19-cu maddəsində qeyd olunduğu kimi, mətbuat azadlığı hər kəsə əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək, dövlət sərhədlərindən asılı olmayaraq istənilən media vasitəsilə informasiya və ideyaları qəbul etmək və yaymağa icazə verir. Sağlam və dinamik cəmiyyətlər üçün məhz belə bir azadlıq zəruridir”.

Müraciətdə daha sonra qeyd olunub ki, Ümumdünya Mətbuat Azadlığı Günü mətbuat azadlığı naminə mübarizə bayrağını qaldırmaq üçün verilmiş bir imkandır: “Biz üzv dövlətlərə, dünyanın hər yerində fəaliyyət göstərən peşəkar media və qeyri-hökumət təşkilatlarına səslənərək onları həm internet, həm də digər yerlərdə beynəlxalq qəbul olunmuş prinsiplər əsasında özünü sərbəst ifadə etmək azadlığının inkişafına töhfə vermək üçün BMT ilə gücləri birləşdirməyə çağırırıq. Bu fərdi hüquqlar üçün bir sütun, sağlam cəmiyyətlərin təməli və sosial dəyişiklik üçün gücdür”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR