Lənkəran-Lerik şose yolunda sürüşmələr aktivləşib, uçqunlar yaranıb

Lənkəran-Lerik şose yolunda sürüşmələr aktivləşib, uçqunlar yaranıb
# 28 fevral 2012 09:54 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.

Onun sözlərinə görə, yolun hərəkət hissəsi üçün təhlükə yaranıb: “Yolun hərəkət hissəsi istənilən an kəsilmə ehtimalı ilə üz-üzə qalıb. Növbəti yağışlar sürüşmələrin inkişafını daha da sürətləndirə bilər”. Ş. Niftiyev deyib ki, hazırda bununla bağlı sənədləşmə işləri aparılır və yaxın günlərdə bu barədə Nazirlər Kabinetinə məlumat veriləcək.

Baş mühəndis Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda da sürüşmələrdə müəyyən aktivləşmələrin müşahidə edildiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR