Suriyanın Hələb şəhərində humanitar vəziyyət daha da ağırlaşıb

Suriyanın Hələb şəhərində humanitar vəziyyət daha da ağırlaşıb
# 07 avqust 2012 02:21 (UTC +04:00)
Bakı-APA. Suriya hökumət qüvvələri ilə müxalifət arasında döyüşlər gedən Hələb şəhərində humanitar vəziyyət daha da ağırlaşıb ağırlaşıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Suriyada müşayiət missiyasının rəhbəri general Babakar Qay deyib. O münaqişə tərəflərini beynəlxalq hüquqa riayət edərək dinc əhalini müdafiə etməsinə çağırıb. “Mülki əhali artilleriyanın və ağır həbi texnikanın hədəfi olmamalıdır”.
Beynəlxalq humanitar təşkilatları Hələbdə içməli suya, yanacağa və elektrik enerjisinə tələbatın artığını bildiriblər. BMT Hələbdə 28 min insana ərzaq yardımı edəcəyi barədə məlumat yayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR