Çin Xalq Nümayəndələri yığıncağının üzvləri Milli Məclisin Beynəlxalq əlaqələr Komitəsinin üzvləri ilə görüşüb

Çin Xalq Nümayəndələri yığıncağının üzvləri Milli Məclisin Beynəlxalq əlaqələr Komitəsinin üzvləri ilə görüşüb
# 20 sentyabr 2012 09:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda səfərdə olan Çin Xalq Nümayəndələri yığıncağı Daimi Komitəsinin Xarici İşlər üzrə Komitəsi üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclisin (MM) Beynəlxalq əlaqələr Komitəsinin üzvləri ilə görüşüb. APA-nın məlumatına görə, Xarici İşlər Komitəsinin sədri Li Caosinin başçılıq etdiyi nümayəndə heyətini komitə sədrinin müavini Sevinc Fətəliyevanın rəhbərlik etdiyi deputat qrupu qəbul edib.

S. Fətəliyeva görüşdə bildirib ki, hər iki ölkə aqrar, İKT və turizm sahələrində əməkdaşlığın inkişafında maraqlıdır: “Bizim qədim tarixi əlaqələrimiz mövcuddur və bu əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin artırılması zəruridir”. Dağlıq Qarabağ probleminə toxunan S. Fətəliyeva bildirib ki, Çin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün Azərbaycan da qarşılıqlı olaraq Çinin ərazi bütövlüyünü tanıyır. Görüşdə Li Caosin bildirib ki, Çin də Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlıdır və bunun nəticəsidir ki, son illərdə iqtisadi əlaqələrin həcmi 700 dəfə artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR