Bəybala Əbil: “Mirmahmud Mirəlioğlu Azərbaycandadır, şəxsi məsələləri ilə məşğuldur”

Bəybala Əbil: “Mirmahmud Mirəlioğlu Azərbaycandadır, şəxsi məsələləri ilə məşğuldur”
# 27 sentyabr 2012 09:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycandadır. O, məzuniyyətə çıxıb və şəxsi məsələləri ilə məşğuldur”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri, hazırda partiya sədrinin səlahiyyətlərini icra edən Bəybala Əbil deyib.

O, M. Mirəlioğlunun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilməsi, ölkədən qaçması, axtarışda olması və KİV-də yayılmış digər neqativ məlumatları təkzib edib: “Mən onun ailə üzvləri ilə danışıram, salamatçılıqdır. Lazım olanda özü ilə də danışıram. Amma özünü çox narahat etmək istəmirəm. Yəqin beş-on günə məzuniyyətdən qayıdıb, mətbuata açıqlama verəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR