Azərbaycan Yazıçılar Birliyinin qurultayının dəqiq vaxtı bu günlərdə müəyyənləşəcək

Azərbaycan Yazıçılar Birliyinin qurultayının dəqiq vaxtı bu günlərdə müəyyənləşəcək
# 01 oktyabr 2012 13:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilmə tarixi şərti olaraq təyin olunub.

AYB mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun APA-ya verdiyi məlumata görə, qurultayın noyabrın sonu-dekabrın əvvəlində keçirilməsi gözlənilir: “Qurultayın payız ayında keçirilməsi nəzərdə tutulur. Şərti tarix seçilib, lakin hələ təsdiq olunmayıb deyə açıqlaya bilmərik. Hazırda Nizami Gəncəvinin yubiley tədbirləri keçirildiyi üçün bütün diqqət bu tədbirlərə verilib. Tədbirlər bitəndən sonra, bu həftənin sonunda yəqin ki, artıq qurultayın vaxtı məlum olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR