Rusiya Dövlət Dumasının MDB dövlətləri ilə iş üzrə komitəsinin sədri Leonid Slutski: “Parlamentarilər Dağlıq Qarabağ probleminin həllinə öz töhfələrini verə bilərlər” - MÜSAHİBƏ

Rusiya Dövlət Dumasının MDB dövlətləri ilə iş üzrə komitəsinin sədri Leonid Slutski: “Parlamentarilər Dağlıq Qarabağ probleminin həllinə öz töhfələrini verə bilərlər” - <font color=red>MÜSAHİBƏ</font>
# 14 may 2012 09:29 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya Dövlət Dumasının MDB Dövlətləri ilə iş üzrə komitəsinin sədri, Liberal Demokrat Partiyasının üzvü Leonid Slutskinin APA-nın Moskva müxbirinə müsahibəsi

- Azərbaycan-Rusiya münasibətlərini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, Azərbaycan-Rusiya əlaqələri bu gün çox yüksək səviyyədədir. Biz mayın 10-da müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyan Heydər Əliyevin doğum gününü qeyd etdik. Azərbaycanın prezidenti İlham Əliyevlə olan dostluq münasibətlərimizlə fəxr edirəm. Hesab edirəm ki, İlham Əliyev müdrik və çox ciddi liderdir. Qazaxıstanın prezidenti Nursultan Nazarbayev tərəfindən bir neçə il bundan qabaq Antalyada keçirilən sammitdə deyilən sözləri unuda bilmirəm. Nazarbayev İlham Əliyevin Qərbdən gələn rəngli inqilabların dalğalarını gəldikləri yerə geri döndərdiyini söyləmişdi. İlham Əliyev həqiqətən də böyük liderdir. Mən onu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri olan vaxtdan tanıyıram. Bugünkü Azərbaycanın lideri kimi o, çox işlər görür. Qeyd etmək lazımdır ki, o, milli lider kimi çox sağlam yetkinləşib və onun rəhbərliyi altında Azərbaycan çox dəyişilib. Yoxsulluqla mübarizədə çox uğurlu addımlar atılıb. Azərbaycan müstəqil enerji siyasəti yürüdən dövlətə çevrilib. Bu, Azərbaycan iqtisadiyyatında əsl inqilabdır. Hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətlərində bəzi gərgin məqamlar yaşanıb, hansıları ki, biz artıq unutmuşuq. Bugünkü münasibətlər isə olduqca yüksək və konstruktiv səviyyədədir. Bu gün də iki ölkə arasında müzakirə olunan məsələlər var.

- Mayın 15-də Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. Sammitdə hansı məsələlər müzakirə olunacaq?

- Sammitdə MDB dövlətlərinin “EvrAzes” iqtisadi birlik təşkilatına, Azad Ticarət Zonasına qoşulması barədə müzakirələr aparılacaq. Bundan başqa Avrasiya inteqrasiya məsələləri də müzakirə olunacaq. Fikrimcə ölkələrin Azad Ticarət Zonasına qoşulması həm ikitərəfli, həm də çoxtərəfli formatda müzakirə olunacaq.

- Azərbaycan bu təşkilata qoşulmaq istəyini bildirməyib. Bunu necə şərh edərdiniz?

- Əgər öz istəyini hələ bildirməyibsə, deməli, Azərbaycan buna hazır deyil. Azərbaycan müstəqil dövlətdir. Bu dövlətdə, o cümlədən hökumətdə savadlı insanlar çalışır. Əgər Azərbaycan bu və ya digər məsələyə razılığını bildirməyibsə, deməli o, vəziyyəti, bu və ya digər müqaviləyə qoşulmağın məqsədəuyğunluğunu, o cümlədən Azad Ticarət Zonasına qoşulmağı analiz etməyə davam edir. Mən Azərbaycanın yaxın vaxtlarda bu müqavilələrə və Azad Ticarət Zonasına qoşulmağını məqsədəuyğun hesab edirəm. Lakin bu qərarı əlbəttə ki, Azərbaycan özü qəbul etməlidir. Fikrimcə, Azərbaycanla, o cümlədən Milli Məclisdə olan kolleqalarımızla olan sıx əlaqələrimiz problemləri birgə qarşılıqlı anlaşma yolu ilə həll etməyə imkan verəcək.

- Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsində Dmitri Medvedyevin göstərdiyi aktivliyi göstərəcəkmi?

- Bu son dərəcə incə bir məsələdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına parlament ölçüsünü verərdim. Fikrimcə, parlamentarilər problemin həllinə öz töhfələrini verə bilərlər. Lakin bu məsələ olduqca çətindir. Ona görə ki, biz burada qarşıya qoyulan birinci tapşırıqdan və əldə olunacaq ilk nəticədən danışırıq. Yəni işğal altında olan 7 rayonun qaytarılması haqqında... Bu, müzakirə predmetidir. Mənə elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yeni impuls verilməlidir. Bununla yanaşı, Rusiya və Azərbaycanın xarici işlər nazirlərinə təşəkkürümü bildirmək istəyirəm. Hesab edirəm ki, onlar münaqişənin tənzimlənməsində uğurlu fəaliyyət göstərirlər.

- Bu il münaqişənin həlli yolunda nəsə gözləmək olarmı?

- Bu elə bir incə mövzudur ki, nə isə proqnozlaşdırmaq olduqca çətindir. İlk növbədə iş görmək lazımdır, daha sonra isə danışmaq olar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR