Bakıda polis əməkdaşlarını bıçaqlayan şəxsin evindən narkotik vasitələr götürülüb

Bakıda polis əməkdaşlarını bıçaqlayan şəxsin evindən narkotik vasitələr götürülüb
# 12 iyul 2012 12:02 (UTC +04:00)
Bakı-APA. Azərbaycan paytaxtında polis əməkdaşlarına bıçaqlayan şəxsin evindən narkotik vasitələr götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Çevik Polis Alayı (ÇPA) və Yasamal rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Yasamal RPİ 29-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Emin Məmmədova və DİN ÇPA-nın əməkdaşı polis serjantı Yusif Rzayevə bıçaqla xəsarət yetirdiyinə görə tutulmuş Hafiz Abbasovun üzərinə baxış zamanı 52,305 qram, evinə baxış zamanı isə 520 qram tiryək götürülüb. Onunla eyni ünvanda yaşayan qardaşı Tərlanda isə 0,507 qram heroin aşkarlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR