Əhmədinejad: “İsrailin İrana hücumu onun məhv olması ilə nəticələnəcək”

Əhmədinejad: “İsrailin İrana hücumu onun məhv olması ilə nəticələnəcək”
# 10 oktyabr 2012 08:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran prezidenti Mahmud Əhmədinejad İsraili növbəti dəfə tənqid atəşinə tutaraq tənqid edib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, M. Əhmədinejad “Cami-i Cəm TV” telekanalına müsahibəsində bildirib ki, İsrail bölgədəki mövcudluğunu təcavüz və qırğın yolu ilə qazandığından varlığını davam etdirmək üçün heç bir macərapərəstlikdən çəkinməyəcək: “Bu gün İsrailin İrana qarşı təhdidləri ABŞ-da yaşayan iranlıların narahatlığına səbəb olur. Ancaq bütün dünyanın da bildiyi kimi, belə bir hücum İsrailin məhv olması ilə nəticələnəcək. Hazırda İran bütün təhdidləri diqqətdən kənarda saxlayır, lakin lazım gələrsə hər cür müdaxiləyə qarşı qəti və peşmanedici cavab verəcəyik”.

İran prezidenti ölkəsinin heç bir zaman müharibə başladan tərəf olmadığını deyərək vurğulayıb ki, yaxşı bir qoruyucu olaraq həmişə öz torpaqlarını müdafiə edib. M.Əhmədinejad həmçinin xaricdə yaşayan iranlıların ölkəsi ilə əməkdaşlığına dəstək olmaq üçün Prezident Administrasiyasında bəzi şöbələrin yaradıldığını da söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR