Ötən ay Azərbaycan dövlət sərhədini pozduqları üçün 33 nəfər saxlanılıb

Ötən ay Azərbaycan dövlət sərhədini pozduqları üçün 33 nəfər saxlanılıb
# 07 may 2012 12:56 (UTC +04:00)
DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 33 nəfər saxlanılıb, onlardan 23 nəfəri Azərbaycan, 3 nəfəri Gürcüstan, 3 nəfəri Özbəkistan, 2 nəfəri Banqladeş, 1 nəfəri Moldova, 1 nəfəri Böyük Britaniya vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən 17 halda 32 nəfər, Xəzər dənizində sahilboyu rejim qaydalarını pozarkən 43 halda 80 nəfər, saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 148 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 5 halda 1 kiloqram 472 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

DSX-nin Sahil Mühafizəsi tərəfindən Azərbaycana məxsus 2 gəmiyə və 69 qayığa baxış keçirilib, dənizdən 43 min metr tor, 8750 ədəd qarmaq, 5 ədəd qayıq, 3 ədəd mühərrik, 7 ədəd tor lövhəsi, 1 ədəd penoplast aşkar olunaraq götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 71 halda ümumi dəyəri təqribən 463 min 648 manat olan qaçaqmal, o cümlədən 7,62 mm-lik 960 ədəd patron, 3 ədəd süngü bıçağı, 1 ədəd gecəgörmə cihazı, 35 ədəd pnevmatik tapança, 2 ədəd pnevmatik tüfəng, 3 ədəd elektroşok, 1 ədəd xəncər, 2 ədəd beşbarmaq, 14 ədəd mobil telefon, 1590 qutu siqaret, 132 ədəd zinət əşyası, müxtəlif növ spirtli içki və siqaretlər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR