Azərbaycanın Zaqatala rayonunda 4 bal gücündə zəlzələ olub

Azərbaycanın Zaqatala rayonunda 4 bal gücündə zəlzələ olub
# 10 may 2012 06:50 (UTC +04:00)
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ mayın 10-da yerli vaxtla saat 06.33-də Zaqatala rayon mərkəzindən 13 km cənubda qeydə alınıb. Episentrdə zəlzələnin gücü 4 bal olub.

Yeraltı təkanlar Zaqatalada 3.5 bal, episentrə yaxın yaşayış məntəqələrində 2.0-2.5 bal gücündə hiss olunub. İnsan itkisi və dağıntılar yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR