Klinton: «Rusiya və Çinə Suriya barədə mövqelərini dəyişməyə kömək etmək lazımdır»

Klinton: «Rusiya və Çinə Suriya barədə mövqelərini dəyişməyə kömək etmək lazımdır»
# 25 fevral 2012 04:28 (UTC +04:00)
Bakı-APA. Rusiya və Çin «ərəb baharı»nın qarşısını kəsiblər. Ona görə də dünya ictimaiyyəti bu ölkələrə Suriyadakı vəziyyətə dair fikirlərini dəyişməyə kömək etməlidir. ABŞ dövlət katibi Hillari Klinton Tunisdə keçirilən «Suriyanın dostları»nın konfransından sonra bu fikri səsləndirib.

Klinton beynəlxalq ictimaiyyəti Rusiya və Çini Suriyadakı münaqişə barədə mövqeyini dəyişməyə istiqamətləndirməyə çağırıb. Onun sözlərinə görə, Moskva və Pekin başa düşməlidirlər ki, onlar təkcə Suriya xalqının istəklərinə mane olmurlar, həm də bütün ərəb baharına qarşı çıxırlar.

Xatırladaq ki, Rusiya və Çin iki dəfə BMT TŞ-da Suriyaya dair qətnamənin qəbuluna mane olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR