Akif Təvəkküloğlu: “Oqtay Əsədov “Mətbuat Komissarlığı” nın yaradılması haqqında fikir söyləməyib”

Akif Təvəkküloğlu: “Oqtay Əsədov “Mətbuat Komissarlığı” nın yaradılması haqqında fikir söyləməyib”
# 08 noyabr 2012 09:22 (UTC +04:00)
Rəsmi olaraq deyirəm ki, bu, tamamilə yanlış informasiyadır. Oqtay müəllim nəinki Milli Məclisin 2 noyabr 2012-ci il tarixli plenar iclasında, ümumiyyətlə heç zaman və heç bir yerdə hansısa “Mətbuat Komissarlığı” nın yaradılması haqqında fikir söyləməyib”. Bu fikirləri APA-nın sorğusuna cavabında Milli Məclisin (MM) mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O qeyd edib ki, bu, hansısa komissarlığın yaradılması barədə yazan mətbuatın bir oyunudur: “Onlar bu məsələni ortaya atıblar ki, onun ətrafında öz oyunlarını oynasınlar. Əslində bu, şərdir, böhtandır, kökündən yanlış informasiyadır. Bu cür yalan informasiyanı verib ictimaiyyəti çaşdırmaq olmaz. Oqtay müəllim heç vaxt bu cür fikir söyləməz”.

A. Təvəkküloğlu parlamentin 2 noyabr 2012-ci il tarixli plenar iclasından sonra parlament rəhbərliyi tərəfindən mətbuat xidmətinə hansısa göstəriş verilmədiyini də vurğulayıb.

Qeyd edək ki, bəzi qəzetlər MM-in sədri Oqtay Əsədovun parlamentin 2 noyabr 2012-ci il tarixli plenar iclasında guya Mətbuat Komissarlığı yaradılması, mətbuatın nəzarətə götürülməsi barədə fikirlər işlətdiyini yazıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR