«Bank of Baku» güzəştli kartlarının sahibləri üçün yeni bonus kampaniyası keçirir

«Bank of Baku» güzəştli kartlarının sahibləri üçün yeni bonus kampaniyası keçirir
# 08 noyabr 2012 09:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Bolkart», «İdeal» və «Hissə-hissə» (Mybrand’s) kartlarının sahibləri üçün yeni kampaniya elan edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, noyabrın 9-12-də bu kartlarla və ya kartlardan hər-hansı biri ilə toplam olaraq azı 100 manat məbləğində alış-veriş edən hər şəxsin «Dostlar klubu» kartına 10 manat bonus əlavə olunacaq.
«Dostlar klubu» kartına malik olmayan, lakin bankla əməkdaşlıq müddəti azı 12 ay təşkil edən müsbət kredit tarixçəli şəxslər isə kart əldə etmək üçün «Bank of Baku»ya müraciət edə bilərlər.

«Dostlar klubu» kartına artıq sahib olan şəxslərin kartlarına bonuslar noyabrın 14-də yüklənəcək, yeni kart əldə edən şəxslər isə bonusu kartı alan günü əldə edəcəklər. «Dostlar klubu» kartına yüklənəcək bonuslar müştəriyə yeni kredit alarkən daha az məbləğdə komissiya haqqı ödəməyə, habelə bonuslarını pulsuz mobil danışığa çevirməyə imkan verəcək. Müştərilər 10 manat bonusun 20%-ni pulsuz mobil danışıq vaxtına çevirə biləcəklər.

Pərakəndə bankçılıq sahəsində aparıcı mövqelərə sahib olan «Bank of Baku»nun alınan malın dəyərini aylara bölüb hissə-hissə ödəməyə imkan verən «Bolkart», «İdeal» və «Hissə-hissə» (Mybrand’s) kartlarının toplam sayı 60 mini aşıb. Hazırda bu kartlar vasitəsi ilə müxtəlif çeşidli mal və xidmətlərdən bəhrələnmək mümkündür. Bu gün bu kartlarla ölkənin 400-ə yaxın dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. Bu kredit kartları tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, həmçinin restoran və supermarketlərdə istifadə etmək olar.

«Dostlar klubu» «Bank of Baku» ilə 12 ay və daha artıq müddət əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik müştərilər üçün imtiyazlar klubudur. Kart sahiblərinin sayı isə bu günə 40 mindən artıqdır.

«Bank of Baku»nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya, həmçinin http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı verə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR