Azərbaycanlıların yaşadığı ölkələrə folklor ekspedisiyaları göndəriləcək

Azərbaycanlıların yaşadığı ölkələrə folklor ekspedisiyaları göndəriləcək
# 27 sentyabr 2012 09:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu azərbaycanlıların kompakt yaşadığı ölkələrə folklor ekspedisiyaları göndərəcək. Bu barədə APA-ya açıqlamasında institutun direktoru Muxtar İmanov bildirib. Onun sözlərinə görə, ekspedisiyalar zamanı qürbətdə yaşayan azərbaycanlıların folkloru, eləcə də Azərbaycan mühacirət folkloru araşdırılacaq.

M. İmanov bildirib ki, Dərbənd və Borçalıda yaşayan azərbaycanlıların folkloru ilə əlaqədar müəyyən araşdırmalar aparılıb. Ekspedisiyalar zamanı bu araşdırmalar daha da dərinləşəcək. İlk ekspedisiyanın isə Qazaxıstana göndərilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR