İran parlamentinin sənaye komissiyasının üzvü: “Gəmilərimiz nüvə yanacağı ilə işləyəcək”

İran parlamentinin sənaye komissiyasının üzvü: “Gəmilərimiz nüvə yanacağı ilə işləyəcək”
# 17 iyul 2012 16:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran gəmiləri qalıq yanacaqları əvəzinə, nüvə yanacağı ilə işləyəcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran parlamentinin sənaye komissiyasının üzvü Allahverdi Dehqani bildirib. Onun sözlərinə görə, Qərb İran gəmilərinə qarşı yanacaq sanksiyası qəbul edib: “Ona görə də Tehran bu sanksiya ilə mübarizə aparmaq üçün gəmilərini bundan sonra nüvə yanacağı ilə təmin etməyi qərara alıb. Bununla da gəmilərimizin uzun məsafəni qət edərkən başqa ölkələrdə yanacaq doldurmasına ehtiyac qalmayacaq. İran sanksiyalara görə digər dövlətlərlə ticarət əlaqələrini dayandırmayacaq. Bu səbəbdən də Tehran gəmilərin enerji ehtiyacını qarşılayanadək uranı zənginləşdirəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR