Əbülfəs Qarayev ukraynalı rejissor, baletmeyster və artistləri Azərbaycanda çalışmağa dəvət edib

Əbülfəs Qarayev ukraynalı rejissor, baletmeyster və artistləri Azərbaycanda çalışmağa dəvət edib
# 06 iyun 2012 14:06 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ukraynanın tanınmış rejissorlarını, baletmeysterlərini və artistlərini Azərbaycanda işləməyə dəvət edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, bu günlərdə Ukraynada səfərdə olan nazir Ukrayna baş nazirinin humanitar məsələlər üzrə müavini Raisa Boqatıryova ilə görüşdə mədəniyyət sahəsində birgə layihələr həyata keçirmək təşəbbüsünü irəli sürüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Ə. Qarayev Ukraynanın mədəniyyət və turizm naziri Mixail Kulinyak ilə də görüşüb. Görüşdə mədəniyyət və incəsənət sahəsində ikitərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi istiqamətində məsələlər nəzərdən keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR