ADP İdarə Heyətinin iclası keçirilib

ADP İdarə Heyətinin iclası keçirilib
# 30 aprel 2012 13:32 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti üzvləri Suriyada baş verənlərə, Qəbələ RLS-in icarə müddətinin uzadılmasına və digər məsələlərə münasibət bildirib.

İdarə Heyəti üzvləri "Amnesty İnterational" beynəlxalq insan haqları təşkilatının Avropa ölkələrində müsəlmanlara qarşı yürüdülən ayrı seçkilikləri, müsəlman ayinlərinə, qadın hicabına qarşı tətbiq edilən zorakı hərəkətləri pisləyən bəyanatla çıxış etməsini alqışlayıb.

İclasın sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR