Azərbaycanın xarici işlər naziri: “ATƏT-in Minsk qrupunun həmsədrləri 1 ay sonra yenidən regiona səfər edəcəklər”

Azərbaycanın xarici işlər naziri: “ATƏT-in Minsk qrupunun həmsədrləri 1 ay sonra yenidən regiona səfər edəcəklər”
# 06 mart 2012 10:46 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri ilə keçirilən işgüzar nahardan sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, bu günə kimi müzakirə edilən məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını söyləyib.

E. Məmmədyarov həmsədrlərin bir ay sonra regiona səfəri zamanı yeni formatda görüşlər keçiriləcəyini də açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR