Azərbaycan gömrük proseduralarında operativlik və şəffaflığı artıracaq

Azərbaycan gömrük proseduralarında operativlik və şəffaflığı artıracaq
# 24 may 2012 07:57 (UTC +04:00)
Bakı – APA-Economics. Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatı, gömrük rəsmiləşdirilməsi proseslərində operativliyin və şəffaflığın daha da artırılması, gömrük rəsmiləşdirilməsi və nəzarət müddətinin mümkün qədər qısaldılması yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına əlverişli şərait yaradılması barədə komitə sədrinin müvafiq əmrinin icrası ilə bağlı geniş iclas keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, iclasda DGK sədrinin birinci müavini Səfər Mehdiyev əmrin icrası ilə bağlı həyata keçiriləcək tədbirlərdən danışaraq gömrük rəsmiləşdirilməsi proseslərində operativliyin və şəffaflığın artırılmasının zəruriliyini diqqətə çatdırıb. S.Mehdiyev yerli gömrük orqanlarına konkret tapşırıqlar verərək bu istiqamətdə qarşıya çıxa biləcək hər hansı problemin dərhal aradan qaldırılmasının vacibliyini vurğulayıb. İclasda adı çəkilən əmrin icrası ilə bağlı müzakirələr və fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR