Dələduzluqda təqsirləndirilən sabiq deputatlığa namizəd məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən sabiq deputatlığa namizəd məhkəmə zalından azadlığa buraxılıb
# 17 may 2012 14:48 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq deputatlığa namizəd Əlibala Eldar oğlu Ağayev və onun tanışı Həsrət Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 5 il sınaq müddəti olmaqla 7 il şərti olaraq azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, Ə. Ağayev və H. Kazımov özlərini vəzifəli şəxs kimi təqdim edərək, vətəndaşların pullarını mənimsəyib. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunurlar.

Onu da qeyd edək ki, Ə. Ağayev 2010-cu ildə keçirilən parlament seçkilərində “Qarabağ” Blokundan deputatlığa namizəd olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR