XİN Avropa Parlamentində Azərbaycanda insan hüquqlarına dair qətnamə qəbul edilməsinə münasibət açıqlayıb
25 may 2012 11:23 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
E. Abdullayevin sözlərinə görə, Avropa Parlamentinin bəzi deputatları Azərbaycanla bağlı qəbul olunan qətnamənin doğru olmadığını bəyan ediblər.
XİN sözçüsü deyib ki, hər hansı insidentin şişirdilməsi və ona siyasi rəng verilməsi Avropa Parlamentinin mövqeyinə, neytrallığına böyük zərbədir: “Bu onların neytrallığını, şəffaflıqlarını şübhə altına qoyur”.
E. Abdullayevin fikrincə, hazırda Avropada Azərbaycana qarşı çirkin kampaniya aparıldığına heç bir şübhə yoxdur. Onun sözlərinə görə, belə bir qətnamənin qəbul olunması da bu kampaniyanın tərkib hissəsidir: “Azərbaycanda müxalifət və media üçün yaradılmış imkanların heç biri Avropa ölkələrindən geri qalmır. Hətta bəzi hallarda yüksəkdir. Biz bilirik ki, Avropa mediası sifarişli məqalələr yazır və onların arxasında kimlər durur. İndi Avropada tez-tez sərbəst toplaşmaq azadlığı barədə deyilənlər isə manipulyasiya xarakteri daşıyır. Azərbaycan müstəqil ölkədir, öz siyasətini öz maraqlarına əsasən həyata keçirir. Heç kimin təzyiqlərinə, hər hansı sözünə ehtiyac yoxdur. Niyə həmin qətnamə qəbul edən deputatlar Avropada islamofobiya və atnisemitizmə fikir vermirlər?”

Xarici siyasət
XİN: Azərbaycan dost və qardaş xalq kimi İrana bütün lazımi dəstəyi verməyə hazırdır
20:03
19 may 2024
Latviya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO - YENİLƏNİB
19:21
19 may 2024
İran səfirinin Azərbaycan Respublikasındakı diplomatik missiyası başa çatıb
18:44
19 may 2024
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
14:53
19 may 2024