«Muğan Bank» I rübdə aktivlərini 21% artırıb

«Muğan Bank» I rübdə aktivlərini 21% artırıb
# 30 aprel 2012 12:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 248,620 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 30% artaraq 185,318 mln. manata, depozit portfeli 39% artaraq 92,353 mln. manata, məcmu kapitalı 29% artaraq 34,252 mln. manata, o cümlədən nizamnamə kapitalı 27% artaraq 28,306 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın cəmi müştərilərinin sayı 33% artaraq 62 118, o cümlədən fiziki şəxslərin sayı 38% artaraq 57 643, hüquqi şəxslərin sayı isə 5,2% azalaraq 4 475 olub. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 20% artaraq 8 811-ə, o cümlədən debet kartlarının sayı 21% artaraq 7 918-ə, kredit kartlarının sayı isə 13% artaraq 893-ə çatıb.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 51 bankomatı, 96 POS-terminalı və 572 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR