Salyan sakininin evindən silah-sursat və narkotik vasitə aşkarlanıb

Salyan sakininin evindən silah-sursat və narkotik vasitə aşkarlanıb
# 30 iyun 2012 10:49 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Salyan sakinin evindən silah-sursat və narkotik vasitə aşkarlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Elşən Qədirovun evinə baxış zamanı 2 ədəd qumbara, 11,83 qram qurudulmuş marixuana, 0,448 qram heroin və dibçəkdə yetişdirilmiş, çəkisi 515 qram olan 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR