Qatarla avtobusun toqquşması nəticəsində yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 6 nəfərin vəziyyəti ağırdır

Qatarla avtobusun toqquşması nəticəsində yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 6 nəfərin vəziyyəti ağırdır
# 01 sentyabr 2012 06:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dünən Bakının Qaradağ rayonunda baş verən qəza nəticəsində yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 6 nəfərin vəziyyəti ağırdır. Bu barədə APA-ya Mərkəzin baş həkimi Tərlan Bəbirov bildirib. Onun sözlərinə görə, həmin xəstələr hazırda reanimasiyadadırlar: “Mərkəzdə ümumilkdə 27 xəstə var. Qalan xəstələr Mərkəzin müxtəlif şöbələrinə yerləşdirilib. Günün axırına yaxın onlardan bir neçəsinin evə yazılacağı gözlənilir”.

Qeyd edək ki, dünən Qaradağ rayonu ərazisində Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrliyində yerləşən, qorunan dəmir yolu keçidində sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 124 №-li sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində 6 nəfər ölüb, 44 nəfər yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR