Bakıda kapital bazarlarının formalaşmasına həsr olunmuş beynəlxalq konfrans keçirilir
05 oktyabr 2012 07:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Azərbaycan Milli Depozit Mərkəzinin (MDM) 15 illiyinə həsr edilmiş «Kapital bazarlarının formalaşdırılması: trendlər, çağırışlar, imkanlar» mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
«APA-Economics»in məlumatına görə, konfransda 21 ölkədən 100-dən çox nümayəndənin iştirakı ilə qiymətli kağızlar bazarının tənzimlənməsi, böhrandan sonrakı dövrdə depozitar birja qruplarının inkişaf tendensiyaları, fond bazarının diversifikasiyasında bankçılığın rolu və s. məsələlər müzakirə ediləcək. Müzakirə panelləri aparıcı ölkələrin qiymətli kağızlar bazarının mütəxəssisləri tərəfindən idarə ediləcək.
Konfrans çərçivəsində MDM Yunanıstan, Rumıniya və Polşa dövlətlərinin mərkəzi depozitar təşkilatları ilə əməkdaşlıq haqqında anlaşma memorandumlarının imzalanması planlaşdırılır.
Anlaşma memorandumları Bakıya səfər etmiş Yunanıstanın «Hellenic Exchanges s.a.», Rumıniyanın «Depoziterul Central» və Polşanın KDPW təşkilatlarının rəhbərləri və MDM-in İdarə Heyətinin sədri tərəfindən imzalanacaq.
Memorandumun nəticəsi olaraq tərəflər arasında yeni xidmət sahələrinin tədqiqi, yeni sistemlər və əməliyyatlar üzrə iş birliyinin yaradılması, qarşılıqlı təlim və işçilərin təcrübə mübadiləsi aparılacaq və digər məsələlərlə əlaqədar qarşılıqlı əməkdaşlıq münasibətləri inkişaf etdiriləcək.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024