Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 994 min manat güzəştli kredit verilib

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 994 min manat güzəştli kredit verilib
# 21 iyun 2012 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunn (SKMF) təşkilatçılığı ilə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 100-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Suraxanı rayonunun, o cümlədən tədbirin keçirildiyi Qaraçuxur qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək zavodunun, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli toxuculuq və tikişçilik müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirib, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Bakı şəhərində və onun qəsəbələrində görülən işlər barədə məlumat veriblər.

Öz növbəsində SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib və qeyd edib ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1 221 investisiya layihəsinin maliyyələşdirilməsinə 104,6 mln. manat, o cümlədən respublikanın regionları üzrə 1 119 investisiya layihəsinin maliyyələşdirilməsinə 92,5 mln. manat güzəştli kredit verilib: «Ötən il və bu ilin ötən dövrü ərzində SKMF-ın vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 306 investisiya layihəsinin maliyyələşdirilməsinə 47 mln. manat güzəştli kredit verilib. Bu layihələrdən 13-ü, o cümlədən 4 müasir istixana, 3 müasir quşçuluq təsərrüfatı, 3 müasir çörək zavodu, 1 yeyinti sənayesi məhsulları istehsalı müəssisəsi, 1 ət emalı müəssisəsi və 1 mebel fabriki istifadəyə verilib».

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 20 sahibkarlıq subyektinə 994 min manatadək güzəştli kredit verilib ki, bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR