İraqda baş verən partlayışlar nəticəsində azı 42 nəfər ölüb

İraqda baş verən partlayışlar nəticəsində azı 42 nəfər ölüb
# 13 iyun 2012 09:05 (UTC +04:00)
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, paytaxt Bağdaddan 100 km cənubda yerləşən Hillə şəhərində içərisinə bomba yerləşdirilmiş 2 avtomobil partladılıb. Nəticədə azı 13 nəfər ölüb. Bir neçə dəqiqə sonra Bağdadda 5 yerdə partlayış törədilib və onlarla adam ölüb. Terror aktlarının hədəfi İmam Musanın anım mərasimində iştirak etmək üçün Bağdada yollanan şiələr olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR