Azərbaycanda RSI indeksi azalıb
19 sentyabr 2012 11:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2012-ci ilin avqust ayı üzrə 98,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici iyul ayının indeksindən 2,5 faiz bəndi azdır.
RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin avqust ayında ümumi pərakəndə dövriyyəsi 1 375,2 mln. manat, iyulda isə 1 400,7 mln. manat təşkil edib.
Avqustda iyula nisbətən pərakəndə ticarətin azalması ilk növbədə iyulda müşahidə olunan artımla bağlıdır. O isə öz növbəsində iyulda mövsümü amillərlə bağlı olan kənd təsərrüfatı məhsullarının dövriyyəsində müşahidə olunan artımın nəticəsi olub. Bundan əlavə nəzərə alınmalıdır ki, avqust ayında ərzaq məhsullarında, o cümlədən kənd təsərrüfatı məhsullarında deflyasiya müşahidə olunub ki, bu da ümumi ticarət dövriyyəsinə azaldıcı təsir edib.
Qeyd edək ki, ümumiyyətlə yanvar-avqust ayları ərzində pərakəndə ticarətin həcmi illik müqayisədə 9,2% artıb. Yanvar-iyul ayları üzrə artım 9,3% təşkil edib ki, beləliklə avqustdakı azalma ümumi dinamikaya təsir göstərib.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024