Azərbaycanda Tibbi Sosial-Ekspert Komissiyasının rüşvətxorluqda təqsirləndirilən sədri 5 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanda Tibbi Sosial-Ekspert Komissiyasının rüşvətxorluqda təqsirləndirilən sədri 5 il müddətinə azadlıqdan məhrum edilib
# 02 mart 2012 15:30 (UTC +04:00)
APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, V. Gülmalıyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı xəbərə görə, 2-ci qrup əlil Talıb Fərəcovun təkrar müayinədən keçərək əlillik dərəcəsinin təyin olunması üçün ondan rüşvət tələb edilməsi barədə 3 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti üzrə tədbirlər həyata keçirilib, cinayət törətmiş şəxs ifşa olunaraq məsuliyyətə cəlb edilib.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülmalıyev təkrar komissiyadan keçmək üçün müraciət edən Talıb Fərəcovdan 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasından ötrü 500 manat məbləğində rüşvət tələb edib, sonuncu bir gün sonra 400 manat düzəldə biləcəyini bildirdikdən sonra bu barədə onunla razılaşıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 oktyabr 2011-ci il tarixdə Vahid Gülmalıyev 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Talıb Fərəcovdan 400 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR