AFFA “Neftçi” klubuna pul cəzası kəsib
10 aprel 2012 09:55 (UTC +04:00)
Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XXVII turunda baş verən hadisələrə hüquqi qiymət verilib.
“Qəbələ” ilə matda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Xəzər Lənkəran” 1000 manat cərimə olunub. “Rəvan”la qarşılaşmada 4 üzvü sarı vərəqə alan “Simurq” da eyni cəza ilə üzləşib.
“Bakı” ilə matçın 70-ci dəqiqəsində pirotexniki vasitələr istifadə etməklə, “Neftçi”nin 75 illik yubileyini bayram edən azarkeşlər “ağ-qaralar”ı növbəti dəfə ziyana salıblar. Artıq neçənci dəfədir klub rəhbərliyinin yubileyə biganəliyinə belə münasibət bildirən fanatlar bu dəfə də komandalarını 1000 manat xərcə salıblar.
AZAL – “Sumqayıt” matçında qırmızı vərəqə alanların cəzası fərqli olub. 55-ci dəqiqə hakimi təhqir edən Viktor İgbekoyi (AZAL) 4 oyunluq cəzalanıb və “təyyarəçilər”i 4000 manat xərcə salıb. 74-cü dəqiqədə Tərlan Quliyev (Sumqayıt) idmançıya yaraşmayan hərəkət etdiyi üçün ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Amma onun cəzası yüngül olub: 1 oyun və 200 manat.
79-cu dəqiqədə ikinci sarı vərəqə üzündən meydandan qovulan AZAL-ın oyunçusu Aqil Nəbiyevin də cəzası eyni olub.