İranın vitse-prezidenti Bakıda səfərdədir
06 sentyabr 2012 02:14 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın vitse-prezidenti, Mədəni İrs, Turizm və İncəsənət Təşkilatının rəhbəri Həsən Musəvi Bakıda səfərdədir. APA-nın İRİB-ə istinadən məlumatına görə, H. Musəvi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçısı ilə “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adı altında sentyabrın 6-7-də Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Eyni zamanda H. Musəvinin səfər proqramına ÜTT-nin baş katibi Taleb Rifai, ÜTT-yə üzv dövlətlərin mədəniyyət və turizm nazirləri ilə görüşmək, Şirvanşahlar sarayını və Azərbaycan Respublikasının bir sıra muzeylərini ziyarət etmək daxildir.
Xarici siyasət
Malayziya Parlamenti Senatının nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO
17:42
3 may 2024
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
15:32
3 may 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə Məscidində olublar - FOTO - YENİLƏNİB
15:30
3 may 2024
Avropa Komissiyasının rəsmisi: Azərbaycanla əməkdaşlığın yeni erasındayıq - MÜSAHİBƏ
13:28
3 may 2024