Cüdoçu Elmar Qasımov bürünc medal qazanmaq şansını saxlayır

Cüdoçu Elmar Qasımov bürünc medal qazanmaq şansını saxlayır
# 02 avqust 2012 13:52 (UTC +04:00)
Bakı-APA. London Olimpiadasında cüdo yarışlarında ən ağır çəki dərəcəsində görüşlər başlayıb. Apasport.az saytının məlumatına görə, 100 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Elmar Qasımov mübarizəyə 1/16 finaldan başlayıb.

Onun rəqibi qazaxıstanlı Maksim Rakov olub. Görüşə daha yaxşı başlayan Qasımov yuko fəndi tətbiq etməklə, qələbə qazanıb.

Amma bu qələbə Elmara asan başa gəlməyib. O, qazaxıstanlı rəqibi ilə görüşün sonunda ayağından zədə alıb.

İdmançımız növbəti mərhələdə Daniel Bratanı (Rumıniya) məğlub edən Levan Jorjoliani (Gürcüstan) ilə qarşılaşıb. Qasımov hər hansı fənd tətbiq edə bilməsə belə, rəqibə verilən 2 cərimə xalı (yuko) hesabına 1/4 finala çıxıb.

Qasımov növbəti mərhələdə Artyom Bloşenkoya (Ukrayna) ipponla qalib gələn Hi-Tae Hvanqla (Cənubi Koreya) qarşılaşıb.

Rəqibinə 1 yuko, 2 şido xalı verən həmyerlimiz mərhələ adlaya bilməyib. Buna baxmayaraq, Elmar bürünc medal qazanmaq şansını saxlayır. O, təsəlliverici görüşlərə qatılacaq. Döyüş Bakı vaxtı ilə saat 18:28-də başlayacaq.

Həmyerlimiz bu mərhələdə ilk döyüşünü özbəkistanlı Ramziddin Sayidova qarşı keçirəcək.

Qeyd edək ki, Olimpiya Oyunlarında Elmar Qasımovdan öncə tatami üzərinə çıxan 7 cüdoçumuz məğlub olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR