«Alfa Insurance» şirkəti yeni baş ofisə köçüb
26 sentyabr 2012 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Insurance» şirkəti bu gündən fəaliyyətini yeni baş ofisdə davam etdirir. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni ofis Bakı şəhəri, Xan Şuşınski küçəsi,21 ünvanında (Azərbaycan Tibb Universiteti yaxınlığında) yerləşir.
Şirkətdən bildirilib k, sahəsi 600 kv. metrdən çox olan yeni, ikimərtəbəli ofis həm şirkətin struktur bölmələrinin optimal yerləşməsi, həm də müştərilərə rahat xidmət göstərilməsi üçün hər bir şəraitə malikdir. Müştərilərin rahatlığı üçün əlaqə telefonu və elektron ünvan (012) 440-07-07 ([email protected]) dəyişməz olaraq saxlanılıb.
Şirkətinin Direktorlar Şurasının sədri Elşad Əliyevin sözlərinə görə, «Alfa Insurance» yeni inkişaf strategiyasının tətbiqi yolunda növbəti addım atıb və bu öz müştərilərinə yüksək səviyyədə xidmət göstərməyə çalışan şirkət kimi çox vacib bir addımdır.
«Qarşımıza şirkətin yeni imicinin formalaşdırılması, onun bazardakı mövqelərinin gücləndirilməsi və müasir sığorta xidmətlərinin tətbiqi kimi vacib vəzifələr durur. Şirkətin kollektivinin bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə inanırıq», - deyə E.Əliyev bildirib.
Qeyd edək ki, E.Əliyev «Alfa Insurance» və onun təsisçisi olan «Texnikabank» ASC-nin yeni inkişaf strategiyası çərçivəsində Direktorlar Şurasının sədri vəzifəsinə bu ilin sentyabr ayının 7-də təyin edilib.
Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin cari ilin yanvar-iyul aylarında topladığı sığorta haqlarının həcmi 3,673 mln. manat, sığorta ödənişləri isə 0,237 mln. manat təşkil edib. Sentyabrın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 6,750 mln. manatdır.

Maliyyə
Zakir İbrahimov: Qızıl sikkələr "AzerGold" üçün əlavə gəlir mənbəyi formalaşdırıb
15:56
22 may 2024
Birbank-dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə
15:55
22 may 2024
Azərbaycan vergi üzrə Çoxtərəfli Konvensiyaya qoşulacaq
15:00
22 may 2024
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 6.1 mlrd. manata yüksəlib
14:57
22 may 2024