Rəcəb Tayyib Ərdoğan Mixail Saakaşviliyə təşəkkür edib

Rəcəb Tayyib Ərdoğan Mixail Saakaşviliyə təşəkkür edib
# 11 oktyabr 2012 12:47 (UTC +04:00)
Bakı – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Gürcüstan prezidenti Mixail Saakaşvili arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan prezidentinin rəsmi saytı xəbər yayıb.

Telefon danışığında Gürcüstanda keçirilmiş parlament seçkiləri müzakirə olunub. R. T. Ərdoğan ölkədə demokratik seçki keçirilməsi ilə əlaqədar M. Saakaşviliyə təşəkkür edərək Gürcüstanın avroatlantik strukturlara inteqrasiyasını tam dəstəklədiklərini bildirib. O, yaxın gələcəkdə M. Saakaşvili ilə görüşmək arzusunu dilə gətirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR