Vəkillər Kollegiyasının vəkil Osman Kazımova qarşı şikayəti təmin edilməyib

Vəkillər Kollegiyasının vəkil Osman Kazımova qarşı şikayəti təmin edilməyib
# 31 avqust 2012 15:08 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə Vəkillər Kollegiyasının vəkil Osman Kazımova qarşı verdiyi kassasiya şikayətinə baxılıb. Osman Kazımovun APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, Vəkillər Kollegiyasının kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Vəkillər Kollegiyası Osman Kazımovu üzvlükdən xaric edib. O. Kazımov həmin qərardan Nəsimi rayon Məhkəməsinə şikayət edib. Məhkəmə şikayəti baxılmamış saxlayıb. Bakı Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb. Lakin Ali Məhkəmə qərarı ləğv edərək, işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi bu dəfə Osman Kazımovun xeyrinə qərar çıxarıb. Bildirilib ki, Osman Kazımovun üzvlükdən çıxarılması qanunsuzdur. Həmin qərardan Vəkillər Kollegiyası kassasiya şikayəti verib. Lakin məhkəmə şikayəti təmin etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR